"Çörəyin içərisindən siqaret kötüyünün çıxması ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir".
Bu barədəOxu.Az-a sözügedən çörəyin istehsalçı şirkəti olan "Qarabağ" ASC-dən bildirilib.
"Fevralın 6-da bəzi şəxslər məqsədli şəkildə öyrədilmiş şəхsə Zаbrаt qəsəbəsində yеrləşən "Ruzi" mаrkеtdən bizim müəssisəyə məхsus olan 1 ədəd çörək aldırıblar. 2 gün sоnrа guyа bu çörəyin içərisində siqаrеt kötüyünün оlduğunu iddia еdərəк sоsiаl şəbəкədə həqiqətə uyğun olmayan görüntü pаylаşıblar. Halbuki 200-250 dərəcədə еmаl оlunаn çörəyin içərisində siqаrеt kötüyü qаlа bilməz. Müəssisəmizə qarşı böhtan xarakterli addımlar atan şəxslər barəsində əlimizdə tutarlı faktlar var. Onlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.
xxx
Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb.
Redaktor.az-a danışan vətəndaş bildirib ki, "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb.
Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.