Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ: Kredit, yoxsa lizinq daha SƏRFƏLİDİR?


Avtomobil sahibi olmaq əksər insanların arzusudur. Bu arzusunu reallaşdırmaq üçün bəzi vətəndaşlar avtomobili kreditlə alır. Amma son zamanlar bu sahədə lizinq xidməti də geniş yayılıb.

Bəs, avtomobili daxili kreditlə, yoxsa lizinqlə almaq sərfəlidir?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O,Bizim.Media-ya açıqlamasında bildirib ki, bu vətəndaşın seçimindən asılıdır:

“Bəziləri lizinq, bəziləri isə kreditlə avtomobil əldə edir. Təbii ki, burada qarşı tərəfin təklifləri də önəmlidir. Məsələn, elə avtosalonlar var ki, həm lizinq, həm də daxili kredit hesabına daha yaxşı şərtlər irəli sürürlər. Amma banklar da var ki, kredit faizləri fərqlənir. Yenə deyirəm bu şərtlərdən asılıdır.

Vətəndaşlar istənilən halda öz gəlirlərini nəzərə almaqla qərar verirlər. Ümumi götürəndə isə lizinq daha baha başa gəlir. Çünki lizinqlər daha uzun müddətə müqavilə təklif edirlər. Təbii ki, müddət uzandıqca götürülmüş kreditin üzərinə daha çox faiz gəlir”.


MANŞET XƏBƏRLƏRİ