Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT


Bakıdakı “Z market” mağazalar şəbəkəsində tərkibində eşşək südü olan kremlərin satışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bu məhsulların eşşək südü olduğunu güman edib.

Turkustan.az xəbər verir ki, market bir neçə çeşiddə belə krem məhsulu satır. Qiymətlər kremlərin çeşidinə görə dəyişir: 2 manat 95 qəpik - 3 manat 55 qəpik.

Mütəxəssislər deyirlər ki, eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökəlmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.

Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif məhsullar hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.

Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT

/modern.az


MANŞET XƏBƏRLƏRİ