Bakının bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
“Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-a dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq”, - deyə məlumatda bildirilib.