Azər Baxşəliyevin ürəyinin fəaliyyəti bərpa edilib (YENİLƏNİB)


Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-ya bildirib.

O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.

xxx

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.

Bu barədə Modern.az-a klinikadan məlumat verilib.

xxx

"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".

Bu barədə Oxu.Az-a onun həmkarı İlkin Həsəni məlumat verib.

O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.

15:49

Aktyor Azər Baxşəliyev vəfat edib.

Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə sevilirdi./modern.az


MANŞET XƏBƏRLƏRİ