Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.
Turkustan.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.
Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən indiyədək 345 manat təşkil edirdi./modern.az