Sabah Azərbaycana qış fəsli bu saatda daxil olacaq


Sabah Azərbaycana saat 13:20:30-da qış fəsli daxil olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası açıqlayıb.

Məlumata görə, 2024-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq:

“Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq”.


MANŞET XƏBƏRLƏRİ