İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: “Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər./globalinfo.az