Bu xəstəliklər üçün olan dərmanlar da icbari tibbi sığorta ilə QARŞILANACAQ


Hazırda ölkə əhalisinin 52 faizi icbari tibbi sığorta xidmətindən yararlanıb.

Turkustan.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Inkişaf və Iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində deyib.

O, 2023-cü illə müqayisədə pasiyent sayı və tibbi xidmətin artdığını bildirib.

"Ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması məqsədilə 2025-ci ilin ikinci yarısında 40 milyon manat vəsait ayrılıb. Növbəti illərdə ürək-damar, həzm sistemi, tənəffüs sistemi xəstəlikləri olmaqla mərhələli şəkildə həyata keçirməyi düşünürük”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ