İndi də pulla “qulaq sındıran”lar ÜZƏ ÇIXDI – Bu “xidmət”in mənası NƏDİR? – FOTO


Sosial şəbəkələr vasitəsilə hər gün müxtəlif informasiyalar alırıq. Bəziləri sosial şəbəkələrdə informasiyanın insanlara sürətlə çatmasından istifadə edib maddi gəlirlərini artırırlar, insanlara pul qarşılığında müxtəlif xidmətlər təklif edirlər. Bunlardan biri də “qulaq sındırılması”dır. Bu xidmətdən əsasən oğlanlar yararlanırlar. Onlar idmanla məşğul oduqları görünütüsü yaratmaq üçün pul qarşılığında qulaqlarının sındırılmasına razılıq verirlər.

Bəs idmanla məşğul olmadığı halda özünü idmançı kimi göstərmək, fiziki görünüşündə bunu süni olaraq yansıtmaq nədən irəli gəlir? Psixoloji olaraq buna nə ad vermək olar?

Mövzu ilə bağlıBizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, bu, özgüvən əksikliyindən irəli gəlir:

“Əsl mütəxəssislər özlərini diqqət çəkən nələrləsə təqdim etmək, göstərmək, sübut etmək istəmirlər. Amma sonradan bu sahəyə yiyələnənlər özlərini davamlı sübut etmək məcburiyyətində hiss edirlər. Bu, bütün sahələrdə var. Misal üçün, əsl psixoloqların heç efirə çıxmağa vaxtları yoxdur, onlar çalışıb, işləyirlər. Amma 3-5 aylıq kurs bitirənlər davamlı pul verərək özlərini reklam edirlər, özlərini sübut etməyə cəhd edirlər.

Psixologiya sahəsində elə insanlar var ki, çox savadlıdırlar. Amma onlar bir dəfə də olsun efirə çıxmayıblar. Bu, idmanda da belədir. Bu gün valideynlərin istəklərindən biri də övladını idmana qoymaqdır. Valideynlər sizə pul vermirlər ki, siz “TikTok” da hoqqabazlıq edəsiniz. O, övladının gələcəyi üçün, sağlam bədənə sahib olsun, özünü qorumağı bacarsın deyə övladını sizə əmanət edir. Mənə görə, bu cür insanlarda özgüvən əksikliyi problemi var, ailədə yaşanmış olduğu travmaları var”.

O hesab edir ki, uşaqda özgüvən əksikliyi ailədən qaynaqlanır:

“Ailə çox önəmlidir, ailə öz övladını dəstəkləməyəndə, övladına sevgi verməyəndə, natamam ailədə böyüyəndə həmin uşaqda natamamlıq kompleksi olur. O kompleks davamlı olaraq cəmiyyətdə özünü sübut eləmək kimi bir faktı ortaya çıxarır. Amma əsl idmançılardan biz bunu görmərik”.


MANŞET XƏBƏRLƏRİ