Həkimin yatağa düçar etdiyi xəstənin FƏRYADI - FOTOLAR


Yaxşı həkim xəstəliyi, böyük həkim xəstəliyi olan xəstəni müalicə edir. SİA xəbər verir ki, bizə peşəkar həkim olmağın yolunu göstərən bu məşhur cümlə William Oslerə aiddir.

Ancaq təəssüflər olsun ki, bəzi dırnaqarası həkimlər normal insanı ömürlük xəstə edib, yatağa düçar olmaq məcburiyyətində buraxırlar.

Redaksiyamıza daxil olan şikayətlərdən biri də elə məhz bu mövzudadır.

Bizə müraciət edən Könül Əliyevanın şikayətini olduğu kimi təqdim edirik:

“Sizə müraciət etməklə qeyd etmək istərdim ki, mən Əliyeva Könül Vicdan qızı 19.02.2022 ci il tarixində Davinçi hospitalının həkimi Elnur Mehrəlinin qəbulunda olmuşam. Həkimə hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılar səbəbilə müraciət etmişəm. Həkim tərəfindən aparılan müayinə əsasında qarın sallanması, əzələ yırtığı aşkarlandı və ödə polip diaqnozu qoyularaq abdominoplastika və laparoskopik xolesistektomiya əməliyyatına ehtiyac olduğu bildirildi. Həkim tərəfindən sözügedən əməliyyat icra olunmuşdur. Bildirmək istərdim ki, prosesdən öncə bizə əməliyyatın gedişatı və baş verə biləcək ehtimallar, fəsadlar barədə heç bir məlumat verilməyib. Biz ilkin müayinə zamanı mənə hər ay B12 vurulduğunu və dərin animiya xəstəsi olmağım, Yaxın Doğu Üniversitet Xəstəxanasında (Şimali Kipr) yatılı olaraq aldığım müayinə və müalicə barədə olan sənədlər təqdim etdik. Bu halda əks göstəricinin olub olmaması sual olundu. Əgər əməliyyat məqsədə uyğun deyilsə bir müddət müalicə edib göstəriciləri əməliyyata uyğun olacağı vaxtda etməyə ehtiyac varmı deyə soruşduq. Həkim isə cavabında “Mən gündə 10 əməliyyat edirəm bəlkə siz mənə nəyin düz nəyin səhv olmasını, iynə vurmağıda öyrədəsiniz” deyə bildirdi. Biz isə bildirdik ki, bir daha əgər əks göstərici olarsa əməliyyatdan imtina edəcəyik”

Könül Əliyevanın yaxınları qeyd edir ki, Əməliyyat həkimin dediyi vaxtdan uzun çəkdi və bu bizdə əməliyyatın gedişi zamanı xoşa gəlməz halın baş verməsi şübhəsinin yaranmasına səbəb oldu:

“Əməliyyatın sonunda həkimin xəstə haqda məlumatında əməliyyatın uğurlu keçməsi bildirildi. Lakin səhəri gün xəstəyə təcili qan köçürülməsi lazım olduğu bildirildi. Bunu xəstədə qan azlığı olması ilə əlaqələndirdilər. Bir məqamıda qeyd edim ki, xəstənin qan azlığı, dəmir və D vitamininin azlığı barədə həkimə dəfələrlə məlumat verilib. Bu halda əməliyyata əks göstərici varmı-yoxmu sualı verilib.. Sonradan əldə etdiyimiz məlumata görə xəstənin əməliyyatdan öncəki qan göstəriciləri ilə əməliyyata girməsi və bir neçə əməliyyatın eyni anda icra olunması tibdə qəbul edilməzdir. Xəstə 5 gün klinikada saxlanıldı.

Xəstə, əməliyyatdan ayıldıqdan sonra verdiyi məlumata görə, əməliyyat olunan və kənar nahiyələrdə qızarma, qansızma müşahidə edib. Bu haqda soruşanda ona bunun normal hal olması bildirilib. Klinikadan ayrıldıqda bizə resept verildi. Bizə hər gün qeyd olunan müalicəni vaxtı-vaxtında aparmaq və nəticələr barədə hər gün şəkil çəkərək, həkimə və tibb bacısına məruzə edilməsi tapşırıldı. Bizə deyilənə əməl edərək hər gün məlumat verirdik. Həkim və tibb bacısı isə cavabında yaranın sağalmağa doğru getdiyini bildirirdilər. Xəstənin yaralarının görünüşü bizdə narahatçılıq yaratdığı ücün 2 gün sonra klinikaya müayinə üçün yaxınlaşdıq. Bizi həkimin özü deyil, onun köməkçisi kimi təqdim edən bir tibb işçisi sarğı otağında yaraya baxış keçirərək yarada narahatçılığa səbəb olacaq halın olmadığını bildirdi. Hətta Allaha and içərək bizi inandırmağa calışdı. Biz buna etiraz edib həkimin gəlməsini tələb etdik və tələbimizi müəssisənin rəhbər şəxsinə çatdırdıq. Rəhbər şəxs həkimi çağırma səlahiyyətinin olmadığını bildirdi. Mən xəstənin epiqriz və əməliyyatın video görüntüsünü tələb etdim. Onların mənə verdiyi epiqrizlə tanış olduqda əməliyyatın çıxışında bizə verilən məlumatla qeyd olunan məlumatların uyğunluq təşkil etmədiyinin şahidi oldum. Video görüntünü isə məhkəmənin qərarı olmadan verə bilməyəcəklərini bildirdilər. Mən dönə-dönə görüntünün saxlanılmasını tələb etdim, əgər silərlərsə deməli əməliyyat zamanı hansısa xoşa gəlməz halın ört bastır etmək istədiklərinin sübutu olacağını bildirdim. Daha sonra həkimlə əlaqə saxlayıb, emosional olaraq gəlməsini tələb etdikdə istirahətdə olduğunu, gələ bilməyəcəyini bildirdi və üzümə telefonu bağladı. Mən 102 xidmətinə məlumat verdim, onlardan əməkdaş göndərilməsini xahiş edərək, həkimin davranışları haqqında məlumat verdim. 102 xidmətindən həkimlə bağlı məsələlərə Səhiyyə Nazirliyinin baxdığı üçün şikayəti qeydə ala bilməyəcəklərini bildirdilər. 2 gün sonra yaranın dahada ağırlaşdığını gördükdə 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahi şöbəsinə müraciət etdik. Bizi qəbul edən həkim yaraya baxış keçirdi və yaranın nekroz olduğunu, yan nahiyənin isə yanma səbəbini tam başa düşmədiklərini ve uzun sürən müalicə tələb olunduğunu, yaxşı olar ki, öz həkimi ilə razılaşmağı məsləhət gördü. Xəstənin əməliyyatdan 11 gün keçməsinə baxmayaraq həkimin xəstəyə baxış keçirməməsi, qeyri ciddi yanaşması bizdə hiddət hissi yaradırdı və bu səbəbdən klinikaya yenidən müraciət etdik. Həkimin əməliyyatda olduğunu bildirərək bizi gözlətdilər. Bir neçə saat gözlədikdən sonra etiraz bildirdikdə bizi klinikanın baş həkimi ilə görüşdürdülər, ona şikayətimizi bildirdik. O, cavabında həkimin onlarda icarəçi olduğunu və baş verən hadisənin onların məsuliyyətində olmadığını, həkimlə danışacaqlarını bildirdilər. Biz klinikanı tərk etdikdə mümkünsə rəhbərlik səviyyəsində həkimlə bizi görüşdürülməsini və video görüntülərin bir daha verilməsini istədik. Biz klinikanı tərk etdikdən 1 saat sonra həkim hirsli-hirsli zəng edərək mənə “Sən hardasan, gəl bura səni burda gözləyirəm, gəl görüm nə deyirsən” deyə bildirdi. Biz klinikaya geri qayıtdıq. Həkim bizi qəbul edərək ilk niyə onu baş həkimə şikayət etdiyimizi və onun həkim üzərində heç bir hökmü olmadığını bildirdi. Biz isə onunla görüşə bilmədiyimizi, əməliyyatdan 11 gün keçməsinə baxmayaraq onun tərəfindən xəstəyə baxılmamasını, yaranın vəziyyətinin ürək açan olmadığını bildirdik. 1 saat sürən müzakirə və mübahisədən bəzi məqamları bildirmək istərdim. Bizə xəstənin qanının aşağı olması və orqanizminin zəif olduğu üçün belə halın baş verdiyini bildirdi. Halbuki, əməliyyatdan öncəki nəticələrə baxıldıqda bu halın baş verəcəyi ehtimalı var idisə xəstəyə əməliyyat göstərişi verilməməli idi. Lakin əməliyyata icazə verilmişdi. Nə üçün bizə əməliyyatın uğurlu keçməsi bildirildiyi halda verilən epiqrizdə bunun əksi qeyd olunduğu, qara ciyərin nə üçün yuyulması soruşulduqda əməliyyatın gedişinə görə bunu etdiyini bildirdi (çox güman öd götürülən zaman düzgün davranılmadığı üçün öd dağılıb – bunu başqa həkimin fikrinə əsasən bildirirəm). Bizə əməliyyat nahiyəsində yaranın nekroz deyildə, qızartı olmasını bildirdi, yan nahiyənin yanma səbəbi isə liposaksiya görə olduğunu bildirdi. Lakin daha sonra öyrəndik ki, koaqulyator aparatının düzgün qoşulmaması səbəbindən xəstədə dərinə nüfuz edən yanıq yarası yaranmışdır. Həmçinin həkim yaranın bu hala düşməsini nə qədərdə gülünc olsada ağaca calaq vurmaq misalı ilə izah etməyə calışdı. Həmçinin ödün çıxarıldıqdan sonra testden keçməsi ücün biopsiyə niyə göndərilməməsini soruşduqda orda olan şişin xoş xassəli olduğu üçün göndərmədiyini bildirdi. Bu isə tibbdə yol verilməz bir haldır. İstənilən şişin biopsi olunması vacib və təxirə salınmazdır. Daha sonra əldə etdiyimiz məlumata görə öd çıxarıldıqdan sonra kənara qoyularaq yaddan çıxdığı üçün yararsız hala düşüb. Bir məqamıda qeyd etmək istərdim ki, həkimə bəlkə öd əməliyyatının hələki saxlanılmasını daha sonra ehtiyac oldursa gələcəkdə çıxarılmasını, deyilənə görə ödü olmayan insanlarda kökəlmə verdiyini bildiriblər. Həkim cavabında “Polipli ödün saxlanılmasını hansısa həkim deyibsə deməli onun tibbdən anlayışı yoxdur. Mən sizə ən yaxşı təklifi edirəm ki,əməliyyatı birlikdə edək. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar, ödün qalması məsləhət deyil” demişdir.

Həmçinin niyə ilk vaxtlardan ödün çıxarılmasının vacib olmasında israr etməsi və buna görə ödəniş belə almaması sonradan bizdə şübhə yaratdı ki, baş həkimin bu əməliyyatı etmə icazəsi ola bilsin ki, yoxdur, təcrübə məqsədi ilə bu əməliyyatı edib. Bu fikirə gəlmə səbəbimiz daha öncə keçdiyimiz müayinələrdə ödlə bağlı nəticələrin musbət olması, Davinci Hospitalda isə mənfi olması şübhə hissini dahada artırır.

O, bütün bu izah və fikirləri xəstəyə baxış keçirmədən bildirirdi. Daha sonra xəstəyə baxış keçirdi və “Buna görəmi bu qədər səs küy salırsınız burada heçnə yox, tezliklə sağalacaq və heç izi tozuda qalmayacağını” bildirdi. “Əlavə nəyinsə edilməsinə gərək yox, yazdığım müalicəni davam etdirin” deyib, hər şeyin yaxşı olacağını bildirdi.

İlk olaraq həkimə inanıb evə getdik. Bir neçə gündən sora vəziyyətin getdikcə ağırlaşması müşahidə olunduğu üçün Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına müraciət etdik. Yaranı görən həkimlərin bizim müraciət üçün gecikdiyimizi və yarada artıq nekrozun dərinləşdiyini yarada iylənmə və maye yığılması əməliyyat kəsiyinin əyri kəsilməsi, göbəyin düzgün tikilməməsi bu əməliyyatların bir yerdə bu analiz göstəricilərlə aparılmasının həyati risk olmasını bildirdilər. Əlavə olaraq, ilk getdiyimiz yerdə yanaşmanın düzgün olmamasını və diaqnozunun düzgün qoyulmaması və əməliyyat sonrası yazılan dərmanların xəstənin yarasına təsiri olmayacağı bildirildi. Əgər vaxtında düzgün diaqnoz qoyulsaydı yara daha tez sağalıb ağırlaşma olmayacaqdı. Digər həkimlərin müayinəsi və yara barəsində ətraflı izahından sonra, həkim Elnur Mehrəlinin doğru müayinə və müalicə etməməsinə, onun əməliyyat öncəsi bədən formasının söz verdiyi kimi şəkiləndirməməsi və bunun əksi olaraq simmetriyanı pozması, əməliyyatdan sonra yarada başvermiş ağırlaşmaya səbəb olmasından bizdə inamsızlıq yaratmış və bu səbəbdən ona müraciət etmədik.

Yaranın sağalması üçün o gündən bu günə kimi hər gün cərrahiyə klinikasına gedib gəlirik. Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasında yarada baş vermiş ağırlaşmanı təcrübə keçən gənc həkimlərə nümunə kimi göstərilməsi yaranın nə dərəcədə ciddi və ağır olmasının bariz isbatıdır. Səhiyyə Nazirliyinə bu barədə yazılı ərizə ilə müraciət etmişik, lakin hal-hazırda oradan rəsmi cavab alınmayıb. Bizim şikayət etdiyimizi bildikdə Elnur Mehrəli whatsapp sosial şəbəkəsi vasitəsi ilə yoxlanışa gəlməyimizin vacibliyini bildirdi. Biz isə onun düzgün yanaşacağına şüphələrimiz olduğuna görə ona müraciət etmədik. Bu haqda həkimlə olan yazışma və səs yazıları mövcudur. Yazışmalardan ilkin olaraq dedikləri ilə sonradan dedikləri bir-birini təkzib edir, hətta mesajlarda təhqirə belə yol vermişdir”.

Şikayətçi xanım bildirir ki, müalicə xərcləri o qədər çoxdur ki, artıq borc pul tapmağa məcbur olublar:

“Maddi vəziyyətimizin aşağı olması, ağırlaşmanın fəsadlarının aradan qaldırılması məqsədi ilə həyat yoldaşım Beynelxalq bankdan kredit götürmək məcburiyyətində qaldı.

Biz daha sonra məhkəməyə müraciət etməli olduq. Məhkəmə prosesində məlum oldu ki, bizim əməliyyatı bizə məlum olmayan başqa bir həkim icra edib . Bu da öz növbəsində həkimin və həmin tibb müəssisəsində baş verən qanunsuzluğun bariz nümunəsidir”.


MANŞET XƏBƏRLƏRİ