Beynəlxalq Əlillər Günü ilə bağlı “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçrilib - FOTO


“1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin Təsviri Sənət Qalereyasında 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar!” adlı inklüziv yaradıcılıq tədbiri və satış-sərgisi keçirilib.

Məqsəd uşaqların fiziki və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, fərqliliyə münasibəti dəyişmək, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaqdır.

Tədbirdə Mərkəzin inklüziv “Ayna” teatr kollektivi, “Odlar yurdu” inklüziv xor kollektivi və xalq çalğı alətləri ansamblı ,səhnəcik, musiqi , şeir kompozisiyaları ilə çıxış ediblər.

Tədbirin sonunda sağlamlıq imkanları məhdud dərnək üzvərinin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Cəmil Piriyev, Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Azərbaycan Respublikasının xalq rəssamı, Rəssamlar İttifaqının dekorativ tətbiqi sənət bölməsinin müdiri, Milli Xalça Muzeyinin eksperti, xalçaçı rəssam Aydın Rəcəbov, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, İnklüziv təhsil üzrə mütəxəssis, korreksiyaedici mütəxəssis Aynur Abdullayeva, Mərkəzin direktoru Kəmalə Abdullayeva, mərkəz əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak edib.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ