Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… - Deputat


Müharibə veteranlarına verilən 80 manat müavinət artırılsın.

Turkustan.az xəbər verir ki, bu təklifi deputat Əli Məsimli parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, müharibə veteranlarına verilən 80 manatın artırılması istiqamətində böyük gözlənti var.

Deputat pensiyaların verilməsində qrafikin dəyişdirilməsinin narazılıq yaratdığını da bildirib:

“Çünki pensiyaçıların banka, mağazalara, apteklərə borcları var. Elə olmalıdır ki, pensiyanı kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Eyni zamanda xeyli ailə var ki, onların gəlir mənbəyi pensiyadır. Əvvəlki qrafikə keçirilsə, xeyli insan məmun olar”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ