Ermənistan Azərbaycana təklif etdiyi strateji müqaviləni açıqladı


Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə Baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlamaq istədiyi strateji sazişin mahiyyətini izah edib.

Turkustan.az xəbər verir ki, Xandanyanın “strateji saziş” adlandırdığı təkliflər sülh müqaviləsinin mətnindən fərqlənməyib.

“Bu, sülh müqaviləsinin əsasını təşkil edən eyni prinsiplərin möhkəmləndirilməsini, kommunikasiyaların blokdan çıxarılması, delimitasiya və demarkasiya prosesini nəzərdə tutur. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalı, bir-birinin daxili işlərinə qarışmamalı, qarşılıqlı məqbul şərtlər əsasında münasibətləri normallaşdırmalıdır. Bu kontekstdə kommunikasiyaların blokdan çıxarılması fraqmenti çox vacibdir.

Çünki blok açılarsa, həm Ermənistan, həm də Azərbaycana faydalı olacaq insanların və malların hərəkəti baş verəcək”,-deyə Xandanyan bildirib.

“Əgər bütün bu prinsiplər artıq sülh müqaviləsinə daxil edilibsə, bu halda müqavilə bağlamaq niyə lazımdır?” sualına Xandanyan belə cavab verib: “Biz hansısa əlavə sənədin imzalanmasından danışmırıq. Söhbət bütün bu proseslərə (sülhün əldə edilməsi, kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi) hər iki tərəfin öz faydasını əldə etməsinə məntiq verməsindən gedir”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ