Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı


Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın həmin tədbirdə iştirakı ilə bağlı iddiaları cavablandırıb.

Turkustan.az İRNA-ya istinadən xəbər verir ki, o bu barədə deyib:

“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edir.

Ölkə rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ