“İran prezidenti Məsud Pezeşkianın prezident seçilməsindən 3 ay keçir. 30 iyulda İran parlamentində and içərək səlahiyyətinin iclasına başlayan yeni prezidentin iqdidarı üçün ilk bədbəxtlik elə həmən gün varid oldu”.
Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev söyləyib.
(Zeynal Əmrəliyev)
Politoloq bildirib ki, “İsrail kəşfiyyatı and içməyə qatılmaq üçün Tehrana gəlmiş hörmətli qonaqlar sırasında yer alan HƏMAS lideri İsmayıl Xaniyəni elə Tehranın mərkəzində qaldığı yerdəcə öldürdü. Məsud Pezeşkian İranı regional müharibədən yayındırmaq, ABŞ - la münasibətləri normallaşdırmaq istəyirdi. Bununla Qərbin ağır sanksiyaları İran üzərindən görüləcək, İran neft bazarına daxil olacaq, iqdisadiyyat sürətlə inkişaf edəcəkdi. Ancaq istədiyinə çatmadı. HƏMAS liderinin öldürməsi açıq müharibə çağırışı idi. SEPAH və mühafizəkar qan deyirdi, yeni prezident isə ali dini lideri inanırdı ki, buna ehtiyac yoxdu. 43 ildir Iranı idarə edən Xamenei yaxşı başa düşürdü ki, vəziyyət belə çox çəkə bilməz. Ölkə iqdisadiyyat böhran içərisindədir. Təcili tədbir görmək lazımdır. Buna görə Pezeşkianın sözünə baxmaq lazım idi. Daxilində isə SEPAH - la yeni prezidentin mübarizəsi davam edirdi. Vitse - prezident vəzifəsində gətirilən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin daha sonra SEPAH təzyiqi ilə istefa verməsi prezidentin məğlubiyyəti kimi görünsə də onun bir neçə gün sonra yenidən vəzifəsinə qaytarılması Pezeşkianın hərbi elita üzərindəki böyük zəfəri idi.”
Politoloq əlavə olaraq bildirib ki, “ancaq bu müddət ərzində həm İran'ın İsrailə, həm də İsrailin İrana hücumları artdı. Benyamin Netanyahu müharibə sərhədlərini genişləndirdi, İsrail tək Qəzzanı yox, Livanı da bombalamağa başladı. Həmas liderinin ölümünü Hizbullah lideri Həsən Nəsrullahın ölümü, daha sonra isə Həmasın yeni lideri Yəhya Sinvarın ölümü izlədi. Bu müddətdə İsrail onlarla SEPAH, Hizbullah və HƏMAS komandirlərini aradan götürdü. Pezeşkianın bu müddətdəki uğurları İranı Yaxın Şərqdəki böyük müharibədən kənarda tutmaq, Qərbin daha çox qəzəbini çəkməmək və ölkə daxilində SEPAH - ın mövqelərini zəiflətmək olmadı. Ancaq 3 ay Pezeşkian üçün çətin keçdi. Bu müddət Məsudu " məsud " edə bilmədi”.
Eltac Zülfüqaroğlu/Turkustan.az