Pezeşkian Azərbaycanla dəhlizin açılmasını İSTƏDİ


İran prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların ölkəsinin infrastruktur layihələrinə sərmayə qoymasına ehtiyac olduğunu vurğulayıb və deyib: “Xarici investorlar İran limanlarına sərmayə yatıra bilərlər”.

Turkustan.az xəbər verir ki, Məsud Pezeşkian bu sözləri ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən Yol Nazirliyinin rəsmiləri ilə görüşündə deyib.

İclasda yol naziri Fərzanə Sadiq İranın Rusiya tərəfi ilə davam edən danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsinə dair Moskva ilə razılaşma və əməkdaşlıq sənədlərinin son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər məsul şəxslərin izahatını dinləyən dövlət başçısı Azərbaycan Respublikası ilə sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də Beynəlxalq Şimal-Cənub Dəmir yolu dəhlizinin tikintisinin yekunlaşdırılmasını vacib sayıb.

“Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”, - o vurğulayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ