“Hava hücumundan müdafiə sistemlərinin yaradılması hücumların qarşısının alınmasına yönəlib. Ona görədə, Türkiyənin bu istiqamətdəki uğurları bizi sevindirir. Azərbaycan Türkiyə ilə müttəfiqdir və qardaş ölkənin müdafiə sənayesinin yeni imkanları həm də bizim gücümüzə güc qatacaq”.
Bu fikirləri “KONKRET.az“a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. O bildirib ki, Türkiyənin son illər müdafiə sənayesi qabiliyyətini artırması sevindirici haldır”.
“Türkiyə müdafiə sənayesini gücləndirməklə öz ordusnun tələbətanın xaricdən asılılığını 80-dən 20 faizə qədər endirib. Bu, çox böyük göstəricidir. Artıq Türkiyənin bu istiqamətdə ixracı 6 milyard dolları keçib və qardaş ölkə ilk onluğa daxil olub. Bildiyiniz kimi, Türkiyənin hava hücumundan müdafiə sistemləri NATO-ya bağlı idi. Türkiyənin hava sahəsi daha çox “F-16″larla qorunurdu. Amma Suriya böhranı başlanandan sonra 2015-ci ildə bu ölkənin qırıcıları və Rusiyanın hərbi təyyarələri bir neçə dəfə Türkiyənin hava məkanını pozdu. Bu, Türkiyə üçün təhdidlər yaradırdı. Ona görə də, rəsmi Ankara NATO və ABŞ-a “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsini isədi. Amma NATO tərəfdaşları bir batereya göndərib sonra onu geri çəkməklə Türkiyəni riskli vəziyyətlə üz-üzə qoydular. ABŞ-la bu sövdələşmə baş tutmadığından qardaş ölkə özünün hava hücumundan müdafiə sistemlərini yaratmağa başladı. Hazırda qurulan “Polad Qübbə” sistemi bir neçə qatlı, yaxın, orta və uzaqmənzilli raketləri qarşılamaq qabiliyyətinə malik olan və müasir texnologiyanın bütün yeniliklərini özündə birləşdirən sistemdir”.
Politoloqun sözlərinə görə, bu sistemlərin yaradılması İsrailə və ya digər ölkələrə qarşı deyil:
“Hava hücumundan müdafiə sistemlərinin yaradılması hücumların qarşısının alınmasına yönəlib. Ona görədə, Türkiyənin bu istiqamətdəki uğurları bizi sevindirir. Azərbaycan Türkiyə ilə müttəfiqdir və qardaş ölkənin müdafiə sənayesinin yeni imkanları həm də bizim gücümüzə güc qatacaq. Çünki Azərbaycan ordusunun hazırda istifadə etdiyi silah və hərbi texnikanın əhəmiyyətli hissəsi həm də Türkiyədən tədarük edilir. Bu baxımdan Türkiyənin hərbi sənayesinin çox müxtəlif istiqamətlərdə atdığı addımlar həm qardaş ölkənin regional güc kimi imkanlarını artırır, həm də Ankaraya qarşı müxtəlif mərkəzlərin planlarını pozur. Bu baxımdan belə bir sistemin yaradılması Türkiyənin uğuru olmaqla yanaşı, onun güc və imkanlarını artırmağa yönələn hadisədir”.