Sülh müqaviləsi COP29-da müzakirə olunacaqmı? – AÇIQLAMA


İrəvan hələlik Bakıda keçiriləcək COP29 sammitində iştirakını təsdiqləmir.

Bunu Ermənistan xarici işlər naziri Ararart Mirzoyan bildirib.

Bəs Ermənistan COP29-da iştirak etmək üçün Azərbaycana gələrsə iki ölkə arasında sülh müqaviləsini imzalanması müzakirə ediləcəkmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Turkustan.az-ın suallarını cavablandırıb.

Samir Hümbətov:

Politoloq bildirib ki, “BRİKS sammitində Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutdu. Orada əldə olunan razılıqdan sonra, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla delimitasiya aparılması ilə bağlı əsasnaməni təsdiqlədi. Hal-hazırda Ermənistandakı tanınmış media qurumlarında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın COP29 çərçivəsində Azərbaycana səfər edəcəyi, burada bir sıra görüşlərin keçiriləcəyi və müzakirələr aparılacağı deyilir. Təbii ki, Mirzoyan gələrsə danışıqlar baş tuta bilər. Amma burada əsas ölkə liderləri səviyyəsində olan görüşdür. Xarici işlər nazirləri də danışıqlar prosesində bir növ iştirakçısıdırlar. Amma əsas söz sahibi deyillər. Ona görə də məncə Ermənistandan nümayəndə heyəti gələrsə, görüş ola bilər və müəyyən detalları müzakirə edə bilərlər ”.

Politoloq əlava olaraq bildirib ki, “nəticənin müsbət və ya mənfi olacağı ilə bağlı məncə fikir söyləmək tezdir. Çünki Ermənistanda fikir bütövlüyünün olmaması bir az düşündürücüdür. Amma hər vəziyyətdə Ermənistanın nümayəndə heyətindən buraya gələn olarsa, burada yenə əsas gündəm mövzularından birisi məhz sülh müqaviləsinin müzakirəsi olacaq.”

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ