Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı TAPŞIRIQ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.

Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüş oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclası zamanı baş tutub.

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib..

Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Modern.az xəbər verir ki, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı keçirilir.

1390015


MANŞET XƏBƏRLƏRİ