II Qaregin Bakıya gəlmək istəyir


Bütün ermənilərin katolikosu II Qaregin dünya dini liderlərinin noyabrda Bakıda keçiriləcək sammitində iştirak etmək üçün dəvət almayıb.

Turkustan.az-ın məlumatına görə, Eçmiədzin Kilsəsinin informasiya sisteminin direktoru Yesay Artenyan belə deyib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov noyabrın 5-dən 7-dək Qafqaz Müsəlmanları İdarəsi COP29 çərçivəsində dünya dini liderlərinin sammitinin təşkil ediləcəyini bildirib.

Onun sözlərinə görə, tədbirdə 200-ə yaxın din xadimi iştirak edəcək. Onların Qarabağa səfəri də nəzərdə tutulub. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ