Sülhlə bağlı yeni iddia: “Paşinyan bunu təsdiqləməsə...”


Ermənistan Baş naziri Nikol Paşinyan parlament sədri Alen Simonyanın sülh müqaviləsi ilə bağlı açıqlamasını aydınlaşdırmalıdır.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Simonyan Cenevrədəki konfransda çıxışında “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq, 16 bəndin hamısı razılaşdırılıb” cümləsini işlətdikdən sonra bunun ardı gəlmədi. Yəni Paşinyanın spikerinin sözlərini təsdiqləyən açıqlaması olmadı. Bundan iki nəticəyə gəlmək mümkündür. Ya Ermənistan parlamentinin sədri açıqlamanı özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini “sülhpərvər” kimi göstərmək olub, ya da baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır”, - ekspert bildirib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ