“Ümid edirik ki, Azərbaycan və Ermənistan bu sənədi imzalayacaq” - Miller


ABŞ heç vaxt Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Bakıda keçirilməsi ilə əlaqələndirməyib.

Turkustan.az xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb:

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan yekun nəticədə bu sənədi imzalayacaq. Lakin bu ABŞ-dən deyil, bilavasitə tərəflərin özündən asılıdır”. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ