İrəvan sülh müqaviləsilə bağlı Bakıdan yazılı cavab gözləyir - Ermənistan XİN


İrəvan hələ avqustda sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycana təqdim olunan təklifə cavab almayıb.

Turkustan.az xəbər verir ki, bunu “Azatutyun”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

İyunun 26-da Ermənistan tərəfi sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini aldığını elan etmişdi.

Təxminən bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi layihəsinin azı 80 faiz razılaşdırıldığını bir daha təsdiqlədi, sonra isə Bakını onu imzalamağa dəvət etdi.

Lakin Azərbaycan tərəfi bu təklifi qeyri-real adlandırıb.

Rəsmi Bakı isülh müqaviləsilə bağlı öz şərtlərini dəfələrlə bəyan edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalı, yalnız ondan sonra sülh müqaviləsi imzalanmalıdır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ