Qazaxıstan Bakı və İrəvana yenidən sülh platforması təklif etdi


Qazaxıstan Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda yenidən platforma təklif etməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti bildirib.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda deyilir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ