Avropa ölkələri və ABŞ Şərqlə Qərb arasındakı nəqliyyat dəhlizlərində Azərbaycan marşrutuna üstünlük verir.
Turkustan.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni keçmiş deputat Qaqik Minasyan deyib.
“Son vaxtlar tez-tez Türkiyədən bəyanatlar gəlir ki, Ermənistan Ankaranın şərtləri əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizini açmasa, bu əlaqəni İran ərazisindən təmin etmək variantına üstünlük verəcək.
Çindən Avropaya - Şərq-Qərb quru əlaqəsi ilə bağlı üç variant var: Rusiya və İran, həmçinin Xəzər dənizi - Azərbaycandan üzərindən (Orta dəhliz). Orta dəhliz vasitəsilə rabitənin təşkilinin problem odur ki, dəmir yolu ilə daşınan mallar Xəzər dənizində gəmilərə yüklənməlidir. Buna baxmayaraq, Avropa ölkələri Şərq-Qərb layihəsində Rusiya və İran yox, Azərbaycan marşrutuna üstünlük verirlər”, - siyasətçi bildirib.
Minasyanın fikrincə, Mehridən (Zəngəzur) keçəcək dəhlizin açılmasıyla yolun qısaldılması Qərb üçün vacibdir. Onun sözlərinə görə, Qərb dövlətləri xəttin İrandan keçməsində maraqlı deyillər.