Ermənistan COP29 zamanı təxribat törədə bilərmi? – AÇIQLAMA


Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcək.

Ermənistanın bu tədbirə qatılıb-qatılmayacağı hələ də bəlli deyil.

Belə bir möhtəbər tədbirin ölkəmizdə keçirilməsinə qısqanclıq edən Ermənistan tədbirin keçiriləcəyi ərəfədə hər hansı bir təxribat edə bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

İran Hizbullahın güclənməsində maraqlı deyil

Politoloq bildirib ki, “bu tədbirin keçirilməsi tək Ermənistanda yox, bir çox dövlətlərdə qıcıq yaradır. Buna misal, Qərb ölkələrini, əsas də ABŞ və Fransanı göstərə bilərik.

Əllərində olan bütün mümkün vasitələrdən istifadə edərək çalışırlar ki, COP29-un keçirilməsi ərəfəsində təxribat törətsinlər. Bununla bağlı müxtəlif ittihamlar səsləndirilir. Həmin ölkələrin parlamentləri tərəfindən, müxtəlif cür qərəzli açıqlamalar verilir, Azərbaycandakı siyasi məhbuslar məsələsi qaldırılır. Bildirilir ki, ölkədə siyasi məhbuslar var və bu barədə fikirlər səsləndirilir. Həbsdə olan həmin o, terrorçu separatçı şəxslərin adları hallandırılır, onlar əsir kimi təqdim olunur və azad olunması tələb edilir və bu kimi hallar yaşanır. Bunlar COP29-a maneə olmaq üçün irəli atılmış addımlardır. Eyni zamanda paralel şəkildə özlərinin regiondakı maşası olan Ermənistandan da bu yöndə istifadə etmək istəyirlər.

COP29 ərəfəsində Ermənistanın təxribat törətməsi istisna deyil. Çox böyük ehtimalla Ermənistan sərhəddə COP29 ərəfəsində təxribatlar həyata keçirəcək.

Belə bir görüntü yaratmağa çalışacaqlar ki, Azərbaycana getmək, Azərbaycanın bu tədbirdə iştirak etmək təhlükəlidir və digər dövlətlərin vətəndaşlarının hansı ki, bura gələcək minlərlə insan bu tədbirdən boyun qaçırsın”. Politoloq əlavə olaraq bildirib ki, “bölgədə hələ də müharibə sürməsi barəsində bir qənaət formalaşdıracaqlar.

Təbii ki, bunlar əsassızdır. Azərbaycan regionda sülh və əmin amanlığın bərpa olunması üçün səyləri dəstəkləyər. COP29-un Azərbaycanda keçirilməsi üçün bir çox dövlət dəstək verib. Bura Ermənistan da daxildir.

İnanmaq istəyirik ki, Ermənistan rəhbərliyi xarici dövlətlərin bu oyununa getməyəcək və bu cür təxribatlara yol verməyəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ