Bakıya qarşı inanılmaz “terror” həmləsi: Hədəfdə bu 8 nəfər var – FOTO


Bakıda saxlanılan keçmiş qondarma rejimin “liderləri” və digər separatçılar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb. Buna paralel olaraq Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi diqqət çəkib.

Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışında bu qətnamələri dəstəkləməsi və separatçıları “hərbi əsir” kimi qələmə verməyə çalışması isə birmənalı qarşılanmayıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Milli Məclis bu iddialara sərt reaksiya ilə cavab veriblər.

Qərbin bənzər reaksiyaları terrorçuları, separatçıları müdafiə etməsi ilk belə hal deyil. Məsələn, yaxın keçmişdə separatçı, radikal, dini terrorçular olan “Sadval” təşkilatının üzvləri və ya qondarma “Talış-muğan muxtar respublikası”nın “rəhbəri” Ələkrəm Hümbətovla bağlı analoji qərarlara da Qərb eyni yanaşmanı sərgiləyib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Niderland Parlamentinin Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnamə bizim nəzərimizdə sadəcə kağız parçasıdır:

“Bənzər təşəbbüslər bundan öncə dəfələrlə olub. Mümkündür ki, sonra da olacaq. Bu qətnamələrin heç bir hüquqi tərəfi yoxdur. Yəni qəbul edilsə də, icrası istiqamətində heç bir mexanizm müəyyən olunmayıb. Bu qətnaməyə əməl etməsək, Niderland bizə nə edə bilər ki? Krallığın Bakıya nə hərbi təzyiq, nə də iqtisadi sanksiya tətbiq etmək kimi bir potensiyalı var.

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, David Manukyan və digərləri separatçıdır. Separatçılıq heç bir ölkədə xoş qarşılanmır. Əgər belə olsaydı, Avropada sağlam ölkə qalmazdı. Beynəlxalq hüquqla tanınan sərhədlər var və onların pozulması qəbuledilməzdir. Separatçılıq ciddi təhdiddir. Yəni bu məsələ elə ən çox Avropanın başına bəla ola bilər. Digər tərəfdən, rəsmi Bakı adıçəkilən şəxslərə qarşı heç bir qeyri-insani rəftar sərgiləmir, bütün beynəlxalq qaydalara əməl edir. Bununla belə, bizi təhdid etmək, günahkar çıxarmaq açıq qərəz nümunəsidir”.


MANŞET XƏBƏRLƏRİ