COP29-dan sonra müharibə olacaq? - Amerikanı da oyuna qoşublar


Bu gün Ermənistan üzərindən müəyyən öhdəlikləri atmaq üçün Azərbaycanı əsassız məsələlərdə günahlandırmağa davam edir. Sülh təkliflərini irəli sürən və onu ən çox istəyən Azərbaycandır. Ermənistanın daxili vəziyyəti Nikol Paşinyanı sülhlə bağlı çəkingən danışmağa vadar edir. İndiki halda o daha çox daxili vəziyyətə indekslidir.

Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

“Azərbaycanda belə bir problem yoxdur. Bakı öz fikrini və mövqeyini sərbəst şəkildə ifadə edir. Ona görə də, erməni tərəfi prosesləri qabaqlamağa çalışmaqla məsuliyyəti Azərbaycanın üzərinə atmaq üçün süni davranış sərgiləyir”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, Azərbaycanın sülh təkliflərini qəbul etməməsi sonrakı mərhələdə Ermənistan üçün ciddi narahatlığa yol açacaq:

“Ermənistan hazırda Bakıda keçiriləcək COP29-la bağlı saxta gündəm yaratmağa çalışır. İddia edirlər ki, COP29-dan Azərbaycan Ermənistana hücum məqsədilə ilə istifadə edəcək. Sözsüz ki, bu kimi əsassız iddialar məqsədyönlü, təbliğat xarakterlidir və ictimai rəyi çaşdırmaq üçün atılan addımdır”.

Fazil Mustafaya görə də, Azərbaycanın bütün tədbirlərdə olduğu kimi COP29-dan da sülh çağırışları ritorikasına üstünlük verəcəyi şübhəsizdir:

“Ona görə də, burada süni şəkildə prosesləri yönəltmək, Azərbaycanı ittiham altında saxlamaq yersizdir. Təəssüf ki, Ermənistanın primitiv iddialarına böyük dövlətlər, o cümlədən, ABŞ belə qoşulur. Bu da erməni yalanları üzərində öz xarici siyasətini formalaşdırmağa çalışan dövlətlərin mahiyyətini göstərir”.


MANŞET XƏBƏRLƏRİ