Praqada Bakıya qarşı təxribat hazırlanır


Çexiyanın paytaxtı Praqa şəhərində erməni rejissorların 44 günlük müharibə və Qarabağdakı hadisələrlə bağlı çəkdikləri filmlər nümayiş olunacaq.

Filmlərin nümayişi CARM erməni-çex təşkilatının təşəbbüsü ilə həyata keçiriləcək.

Bildirilib ki, sentyabrın 30-da Praqadakı Skautski İnstitutu Hasmik Movsisyanın “250 km”, Arman Ayvazyanın “Daş”, Emil Mkrtçyanın “Ana Vətən” və Saşa Klempin “Blokada” filmlərini təqdim edəcək.

Qeyd edək ki, filmlərin adından da göründüyü kimi, bu, Qarabağdakı hadisələri və Ermənistanın 30 illik işğalını təhrif etməyə yönələn Azərbaycana qarşı təxribat kampaniyasının bir hissəsidir. (kult.az)


MANŞET XƏBƏRLƏRİ