"İndiyə qədər yazılanlar, yayılanlar bizi maraqlandırmır" - MSK sədri


MSK-nin fəaliyyətinə kimsə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sentyabrın 4-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz:

"Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir və verdiyimiz qərarlar əsaslandırılmışdır. İndiyə qədər yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük.

Bütün müraciətlər, məlumatlar, həmçinin sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ