“Nə Azərbaycanın, nə də Ermənistanın Rusiya vasitəçiliyinə ehtiyacı yoxdur, çünki..." – AÇIQLAMA


Putinin Bakı səfərindən sonra Paşinyan İlham Əliyevlə müzakirələri telefonda davam etdirməsi diqqət çəkib.

Sizcə Putinin Azərbaycana səfərindən sonra yenidən Prezident İlham Əliyevə zəng etməsinin səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

Ekspert:

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, “Putin Azərbaycana səfər etdiyi zaman belə bir açıqlama vermişdi ki, görüşdən sonra Paşinyanı məlumatlandıracam. Həqiqətən də Bakıdan getdikdən sonra Şimali Qafqaz turnesini gerçəkləşdirdikdən sonra Moskvaya qayıtdıqdan sonra Nikol Paşinyana zəng etdi və böyük ehtimalla görüş barəsində Ermənistan baş nazirini məlumatlandırdı. Daha sonra da ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və İlham Əliyevlə bu barədə danışdı. Böyük ehtimalla Rusiya sülh məsələsində vasitəçilik etmək istəyir. Ancaq onu deyim ki, Rusiyanın vasitəçiliyinə nə Azərbaycanın, nə də Ermənistanın ehtiyacı yoxdur. Çünki əsas məsələlər həll edilib və hal hazırda sülh müqaviləsinin əsas mətni üzərində iş gedir. Sərhəd məsələsi həll olunub və Dağlıq Qarabağın məsələsi bəllidir. Belə bir məqamda, bizim Rusiyanın vasitəçiliyinə ehtiyacımız yoxdur. Sadəcə olaraq Rusiyanın, xüsusən də Zəngəzur dəhlizi ətrafında çox fəallaşdığının şahid oluruq”.

Politoloq əlavə olaraq bildirib ki, “ABŞ hərbi kontingentinin Zəngəzur bölgəsinə yerləşdirilməsindən sonra Rusiya fəallaşmağa başlayıb. Böyük ehtimalla Rusiya ABŞ-ı ümumiyyətlə bölgəyə buraxmaq istəmir və təşəbbüsü yenidən öz əlinə almaq niyyətindədir. Paşinyanla görüş zamanı ola bilsin ki, müəyyən danışıqlar, razılaşmalar aparılıb və dəqiqləşdirmək üçün də Putin İlham Əliyevə zəng edərək onunla Paşinyanla olan söhbətini məğzini çatdırıb. Rusiyanın bu məsələdə hansısa bir uğur qazanacağını gözləmirəm. Rusiyanın özünün bu dəqiqə vəziyyəti ağırdır. Ukrayna cəbhəsində vəziyyət çox gərgindir. Hələ də Kurskdan qoşunları çıxarda bilmir. Belə bir məqamda Rusiya prezidentinin öz torpağındakı müharibəni qoyub Cənubi Qafqazdakı məsələni həll etməsi bir qədər ciddi görünmür. Yəni dediyim kimi bizim də vasitəçiyə ehtiyacınız yoxdur. Sadəcə olaraq Rusiyanın bu təşəbbüsünü dəyərləndirmək olar. Hər nə də olmasa Rusiya regionun böyük dövlətidir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ