Hazırki vəziyyətdə Putinin Azərbaycana gəlişi gözləniləndir? - AÇIQLAMA


Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıya səfəri planlaşdırılır.

Sizcə Putinin Bakıya gəliş səbəbi nədir?

Mövzu ilə bağlı politoloqlar Turkustan.az-ın suallarını cavablandırıblar.

Açıklama yok.

(Zeynal Əmrəliyev)

Politoloq Zeynal Əmrəliyev bildirib ki, “Bakı və Moskva arasındakı münasibətlər son zamanlarda ən yüksək zirvəsinə çatıb. Azərbaycan və Rusiya arasında davam edən qarşılıqlı əməkdaşlıq mühiti hazırda strateji tərəfdaşlıq səviyyəsində davam etdirilir. Məlum olduğu kimi iki ölkə arasında strateji tərəfdaşlıq var. Biz bundan sonra da, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə müsbətə doğru xeyli sayda dəyişikliklərin şahidi olacağıq. İki dövlət arasındakı xüsusi iqtisadi sosial əlaqələr günü gündən inkişaf edir. Görünür ki, hər iki ölkə buna maraqlıdır və önəm verir. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərinə məhz bu konteksdə baxmaq lazımdır. Bu səfər zamanı əldə olunacaq razılaşmalar Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsinə və həmçinin ölkəmizin beynəlxalq imicinin daha da artmasına gətirib çıxaracaqdır”.

Politoloq əlavə olaraq bildirib ki, “Azərbaycan Şərqlə Qərbin arasında böyük diplomatiya mərkəzi kimi özünü göstərir. Hazırda Bakı üçtərəfli və çoxtərəfli danışıqlar üçün, təhlükəsiz münbit şəhərdir. Çünki Azərbaycan bütün münaqişələrin həllində beynəlxalq hüquq nöqteyi nəzərindən çıxış edərək ədaləti və beynəlxalq hüququn prinsiplərini müdafiə edir. Buna görə də bütün dövlətlər də Azərbaycanla qarşılıqlı hörmət əsasında öz münasibətlərini qururlar və rəsmi Bakının mövqeyinə də hörmət edirlər. Həmçinin Rusiya post müharibə dövründən sonra yaranmış yeni reallıqları artıq qəbul edib. Bu da Moskvaya imkan verir ki, Azərbaycanla münasibətlərini düzgün şəkildə qurub inkişaf etdirsin. Hazırda davam edən bu cür münasibətlər hər iki ölkə üçün sərfəlidir və onu irəliyə doğru aparmaqda dövlətlər maraqlıdır. Putinin səfərində həmçinin mühüm şəxslərin olacağı bildirilir. İmzalanacaq sənədlərdə düşünürəm ki, çox böyük əhəmiyyət kəsb edən ikitərəfli razılaşmalar olacaqdır.”

Açıklama yok.

(Elxan Şahinoğlu)

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, “hazırkı vəziyyətdə əslində bu xəbərin təsdiqini tapacağını, yəni Rusiya prezidentinin Azərbaycana gələcəyi şübhə doğurur. Çünki bu xəbər Ukrayna ordusunun Rusiya həmləsindən qabaq yayılmışdı. İndi Rusiyada vəziyyəti ağırdır. Rusiya-Ukrayna müharibəsi şiddətlənir. Putinin əsas vəzifəsi Ukrayna qoşunlarını ölkəsindən çıxarmaqdır. Mən inanmıram ki, belə bir şəraitdə Putin yaxın həftələrdə Azərbaycana səfər etsin. Azərbaycana gələrsə, əsas mövzulardan biri yəqin ki, enerji mövzusu olacaq. Çünki Rusiya Avropaya qaz sata bilmir, ola bilsin ki, Azərbaycan üzərindən qazın Avropaya satış mövzusu müzakirə olunsun. Çünki belə bir razılaşma Rusiya ilə Türkiyə arasında da var”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ