Elmar Məmmədyarova vəzifə verilir?


Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.

Turkustan.az demokrat.az-a istinadən xəbər verir ki, sözügedən təyinat 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra gözlənilir.

Məsələ ilə bağlı suala Elmar Məmmədyarov cavab vermək istəməyib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu hazırda 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizəddir.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Yanvar 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031