“Kanadanın sosial işlər naziri Melani Coli erməni diasporunun ən böyük təşkilatı sayılan “Ay Data”nın nümayəndələri ilə görüşüb”.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.
İddiaya görə, nazir görüş zamanı Azərbaycana təzyiq ediləcəyini deyib:
“Kanada Ermənistanla konfliktin danışıqlar yolu, sülh və siyasi vasitələrlə həllinə dəstək göstərəcək. Həmçinin Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılması üçün Azərbaycana təzyiqi davam etdirəcəyik”.
Kanada hökuməti isə hələlik M.Colinin görüşü ilə bağlı açıqlama yaymayıb. /globalinfo.az/