Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verən kimdir?


AXCP sədri Əli Kərimlini partiya üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib.

Teleqraf.com-un məlumatına görə, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Aydın Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından uzaqlaşdırılıb.

***

AXCP sədri Əli Kərimli barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib.

Turkustan.az xəbər verir ki, bu barədə Əli Kərimli özü məlumat yayıb.

O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

Məlumata görə, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədardır.


MANŞET XƏBƏRLƏRİ