Qazaxın 4 kəndi qaytarıldıqdan sonra nə baş verib? – Dörd ay sonra məlum olub ki, Ermənistan…


Son vaxtlar regionda baş verən hadisələr göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları dalana dirənib. Sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın nikbinliyi də diqqət çəkir. Digər tərəfdən, üçüncü tərəflərin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, Ermənistanı sülhdən yayındırmaq üçün müxtəlif üsullarla şirnikləndirməsi prosesi ləngidən amillərdəndir.

Azərbaycanın növbəti addımı nə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əli Zülfüqaroğlu deyib ki, sülh prosesi və Zəngəzur dəhlizi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Böyük güclər burada öz geosiyasi maraqlarını təmin etməyə çalışır:

“Üçüncü qüvvələrin burada müəyyən planları ola bilər, amma Azərbaycan öz dövlət maraqlarını əsas götürərək müstəqil siyasət yürüdür. Azərbaycan kifayət qədər diplomatik, hərbi gücü olan ölkə kimi prosesləri neytrallaşdırır. Rəsmi Bakı heç vaxt icazə verməz ki, hansısa qüvvələr ölkəmiz üzərindən öz geosiyasi maraqlarını təmin etsin.

Əli Zülfüqaroğlu

Azərbaycanın təşəbbüsü ilə Ermənistanla ikitərəfli danışıqlar davam edir. Bu prosesin nəticəsi olaraq Qazaxın 4 kəndi ölkəmizə geri qaytarıldı. Sülh danışıqları ilə bağlı müsbət irəliləyişlərin olduğunu görən Qərbin narahatlığı artmağa başladı. Ermənistana yenidən şirnikləndirici vədlər verərək sülh prosesindən yayındırmağa çalışırlar. Ümumiyyətlə, son zamanlar sülh danışıqlarının pozulması istiqamətində atılan addımların intensivləşdiyinin şahidi oluruq. Kəndlərin qaytarılmasından keçən 4 ay müddətdə Ermənistanın adekvat olmayan davranışları səbəbindən sülh prosesi çox ləng gedir”.

Politoloqun fikrincə, Ermənistan rəhbərliyi sülh danışıqlarına hazır olduqları ilə bağlı müəyyən görüntü yaratsa da sonradan səsləndirilən ziddiyyətli fikirləri bunu təkzib edir:

“İstənilən halda Azərbaycan diplomatik gücünü, təsir imkanlarını əldə tutaraq Ermənistanı sülhə məcbur edəcək. Regional müstəvidə də rəsmi Bakı danışıqların aparılmasını irəli sürür. 3+3 formatı təklif olunur”.


MANŞET XƏBƏRLƏRİ