Ermənistanın son təxribatları: Ya sülhə gələcəklər, ya da... - RƏY


Sülh sazişinin müzakirəsi ərəfəsində Ermənistan tərəfindən sərhəd bölgələrində təxribatlar törədilir. Xəbər verdiyimiz kimi dünən bununla bağlı Müdafiə Nazirliyi də bəyanat yayıb.

Bəs, bu təxribatların səbəbi, məqsədi nədir?

Turkustan.az xəbər verir ki, suala cavab olaraq mövzu ilə əlaqədar deputat Fazil Mustafa Moderator.az-a danışıb.

“Bu təxribatlar təbii ki, gözləniləndir. Sadəcə indiki sülh şəraiti və başqa məsələləri nəzərə alsaq, belə bir danışıqların getdiyi ərəfədə bu təəccüb doğurur.

Ermənistan tərəfinin niyə belə addım atdığı açığı qəribə səslənir. Buna baxmayaraq, biz hər bir təxribata anında cavab veririk və verməliyik də. Çünki düşmən bilməlidir ki, hansısa başqa bir üsulla Azərbaycanla münasibəti davam etdirmək mümkün deyil.

Ya sülhə gələcəklər, ya da köntöy bir yol izləyəcəklərsə, bunun cavabını da alacaqlar.

Ona görə də son günlər şanlı ordumuzun əsgərləri, heyəti düşmənin istənilən təxribatının qarşısını almaq üçün addımlar atırlar və bundan sonra da atmağa davam edəcəklər.

Əsas odur ki, verməyə cavabımız var.

Başqa gündəlik təklif edəcəklərsə, o gündəliyə də bizim yanaşmamız başqa olacaq”.


MANŞET XƏBƏRLƏRİ