"Paşinyanın sülhlə bağlı mövqeyi səmimidirsə COP 29-a gələcək" - Politoloqdan AÇIQLAMA


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında Azərbaycanda keçiriləcək.

Bir çox ölkələrin rəsmiləri artıq COP 29-da iştirak etmək üçün Bakıya dəvət edilib. Bunlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan da yer alır. Bəs Paşinyan Azəbaycanın bu dəvətini necə dəyərləndirəcək?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan. az-ın suallarını cavablandırıb.

Trollar özlərini iki formada göstərir

Politoloq bildirib ki, “əlbəttə ki, Ermənistan əgər sülhlə bağlı verdiyi bəyanatlarda, mesajlarda, səmimidirsə, Azərbaycanın bu sülh çağırışlarına normal bir dövlət kimi cavab verərək, aktiv bir şəkildə gəlib COP 29 tədbirində baş nazir səviyyəsində iştirak edər. Amma Ermənistan müstəqil, siyasi qərarlar qəbul etmə gücü olmayan və onun, bunun asılılığında bir dövlət olduğuna görə Ermənistanın belə bir dövlət etikasını və ləyaqəti nümayiş etdirməsini gözləmək ağlabatan deyil. Hər halda Azərbaycan, Ermənistanla sülh və dövlətlərarası münasibətləri yaxşılaşdırmaqda öz səmimiyyətini, dövlət əxlaqı və dövlət etikası göstərərək nümayiş etdirir. COP 29-un rəhbərliyi Ermənistana tədbirdə iştirak etmək üçün dəvət göndərib.

Hər halda Nikol Paşinyanın bundan sonra COP 29-da iştirakla bağlı verəcəyi qərar, həm də Ermənistanın sülhlə bağlı mövqeyini ifadə etmiş olacaq. Ermənistan bu tədbirdən yayınmağa çalışarsa, onda sülhlə bağlı məsələdə də Ermənistanın nə qədər qeyri səmimi olduğu bir daha ortaya çıxmış olacaq deyə düşünürəm”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ