Bakı üçün şans yaranıb: istifadə edəcək – Sukiasyan


“Moskvanın Bakı və İrəvana ikitərəfli danışıqlarla bağlı meydança təklif etməsi onun ABŞ-dakı seçkiqabağı vəziyyətdən istifadə etmək cəhdidir”.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Narek Sukiasyan deyib.

Onun sözlərinə görə, Rusiyanın bu həmləsi uzaq gələcəyə hesablanıb:

“Aydındır ki, yaxın bir neçə ayda Ermənistan-Azərbaycan danışıqları ABŞ administrasiyasının prioritetləri sırasına daxil olmayacaq. Rusiya yəqin ki, bu imkandan yenidən yararlanmağa çalışır”.

Politoloq hesab edir ki, İrəvanın təklifə susqunluğu Rusiya meydançasına üstünlük verməməsi ilə bağlıdır:

“Ermənistan bu təklifi qəbul etməyəcək, Azərbaycan isə bundan Rusiya ilə münasibətlərinin yaxşı olduğunu göstərmək üçün istifadə edəcək”.

Ekspertə görə, sülh müqaviləsi məsələsində Azərbaycana təsir edə biləcək yeganə güc ABŞ idi və indi onun başının gərgin seçkiqabağı kampaniyaya qarışması Bakı üçün mühüm imkanlar yaradır.

Qeyd edək ki, bundan öncə Rusiya XİN Bakı və İrəvana danışıqlar üçün meydança verməyə hazır olduğunu bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ