Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?


Azərbaycan cari ilin 5 ayı ərzində aviaşirkətlərin Ermənistanın hava məkanından həyata keçirdiyi uçuşlara görə bu ölkəyə 49 min 459 avro ödəyib.

Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında deyilir.

Məlumata görə, ödəniş müəyyən olunmuş qaydada "Avrokontrol” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

2023-cü ildə isə aviauçuşlara görə Azərbaycan Ermənistana 80 min avro ödəmişdi. /Publika.az/

Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?


MANŞET XƏBƏRLƏRİ