İrəvan səfərindən iki həftə sonra ABŞ rəsmisi Bakıya niyə gəlir?


“ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen Bakıya gələcək”.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ceyms Obrayen Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstəyi təsdiqləmək niyyətindədir.

Bakıda diplomatın Prezident İlham Əliyev və xarici işlər naziri ilə görüşəcəyi gözlənilir. Qeyd olunur ki, görüşlərin məqsədi ikitərəfli münasibətlərdə irəliləyişə nail olmaq və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına dəstəyini vurğulamaqdır.

Qeyd edək ki, Obrayen iyunun 10-12-də İrəvanda səfərdə olub. Orada baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ