Ermənistan Bakıya təklif GÖNDƏRDİ


Ermənistan Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılmasını təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin teleqram kanalında məlumat yayılıb.

"Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın", - açıqlamada deyilir.

Qeyd edək ki, Ermənistan son günlər Naxçıvan və Kəlbəcəri atəşə tutub. /modern.az/


MANŞET XƏBƏRLƏRİ