Avropadan Almatı görüşünə daha bir REAKSİYA


Avropa İttifaqı (Aİ) 1991-ci il Almatı sazişi əsasında, mayın 15-də Azərbaycan və Ermənistan sərhəd komissiyalarının sərhədin delimitasiyası prosesi çərçivəsində keçirilmiş 9-cu iclası zamanı imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayır.

Turkustan.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında deyilir.

Bildirilib ki, Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa təşviq edir və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə sadiq qalır. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ