Əvvəlcə G-20, sonra BMT Zirvəsi: Ərdoğan sentyabr ayında mühüm görüşlər keçirəcək


Prezident Ərdoğanın sentyabrda keçiriləcək mühüm zirvələrə qatılacağı gözlənilir. Əvvəlcə G-20 sammitinə qatılacaq Ərdoğan daha sonra BMT Zirvə toplantısında dünya liderləri ilə görüşəcək.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğan sentyabr ayında sıx diplomatik trafik həyata keçirəcək. 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G-20 Liderlər Zirvəsinə qatılacaq Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası üçün ABŞ-da olacaq. Prezident bu proqramlarda dünya liderləri ilə görüşəcək.

Prezident Ərdoğan 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G-20 Liderlər Zirvəsinə qatılacaq. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Prezident Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası münasibətilə ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Prezident Ərdoğanın İslamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ