Azərbaycanlı milyonçu Pakistanı məhv olmaqdan belə xilas etdi – TARİXİ FAKT


"Azərbaycanın böyük oğlu mesenat Hacı Zeynalabdin Tağıyevin xeyirxah əməllərindən çoxlarının məlumatı olsa da, amma az adam bilir ki, o, Pakistan əhalisini yox olmaq təhlükəsindən xilas edib".

Turkustan.az xəbər verir ki, bu sözləri tarixçi, jurnalist Namiq Həsənov deyib.

Tarixçi alim:

Hacı Zeynalabdin Tağıyev

"Pakistan hələ XX əsrin əvvəllərində, yəni Böyük Britaniyanın müstəmləkəsi olan illərdə orada çox böyük bir pandemiya yayılır və insanlar kütləvi şəkildə qırılmağa başlayır. Bu zaman Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına 300 min ampula vaksin alaraq həmin əraziyə göndərir. O, nəinki bu işi yerinə yetirir, eyni zamanda dünya əhalisini, ictimaiyyəti, bu işlə məşğul olan qurumları həmin humanitar fəlakətə diqqətlə yanaşmağa çağırır. Nəticədə Pakistan əhalisi böyük bir bəladan qurtulmuş olur. 1947-ci ildə Pakistan müstəqillik elan etdikdən sonra, qədirbilən xalq H.Z.Tağıyevin bu əməyini çox yüksək qiymətləndirir və onu tarix dərsliklərinə salır" – o bildirib.

(globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ