Mirzoyan: Ermənistan Türkiyə və Azərbaycanla heç vaxt bu qədər yaxın olmayıb


“Türkiyəli və azərbaycanlı həmkarlarım da təsdiqləyərdilər ki, biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bəlkə də indi uyğun vaxt deyil, bəlkə də heç vaxt olmayacaq, amma indiki vəziyyətimizi vicdanla qiymətləndirsək, deyə bilərik ki, biz sülh və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq", - o, əlavə edib. /Report/


MANŞET XƏBƏRLƏRİ