Fransanın Azərbaycan-Ermənistan sərhədi ilə bağlı YENİ PLANI


Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə yazıb.

“Ümid edirəm ki, Ermənistanda yerləşdirilən Avropa missiyası genişləndiriləcək ki, Ermənistan-Azərbaycan sərhədində bu gərginliyi müşahidə edə və nəzərətdə saxlaya bilsin”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın sonunda Aİ Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının daha iki il, 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ