Türkiyə və İsrail rəsmiləri Azərbaycanda görüşüb


Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.

Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Nazirliyin rəsmisi Suriyada qarşıdurma olmaması üçün Türkiyə ilə İsrail arasında hər hansı bir görüşün baştutub-tutmaması ilə bağlı suala belə cavab verib:

“Suriyada arzuolunmaz hadisələrin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda ilk görüş keçirilib. Gərginliyin azaldılması mexanizminin yaradılması istiqamətində işlər davam etdiriləcək”.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930