Elmar Məmmədyarovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI - BU TARİXDƏ...


“Düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, təxribatlar törətməsi Azərbaycanı sülhə məcburetmə, təzyiq məqsədi daşıyır. Ermənistan rəhbərliyi bu yolu seçib”.

Bu fikirləri Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Eks-nazir müharibənin olacağına inanmır:

“Çünki bu, məntiqə uyğun gəlmir. Toqquşmaların olma ehtimalı isə var. Azərbaycan ordusu bütün təxribatlara qarşı tam hazır vəziyyətdədir. Təxribatların davam etməsi Ermənistana baha başa gələcək. Burada ritorika əsas rol oyanayacaq. Txəribatların uzun sürəcəyini düşünmürəm”.

Elmar Məmmədyarov sülh müqaviləsindən də danışıb:

“Sazişin imzalanması üçün Ermənistan öz Konstitusiyasında dəyişikliyə getməlidir. Çünki Konstitusiya dəyişmədən sülh sazişi imzalasaq, Ermənistanda hakimiyyət dəyişsə, müqavilə sual altına düşə bilər. Bu baxımdan sülh sazişinin 2026-cı ildən tez imzalanacağını düşünmürəm. Paşinyan bildirib ki, 2026-cı ildə dəyişikliyə getmək istəyir. Bunun üçün isə referendum elan olunmalıdır”.

Xatırladaq ki, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub.

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ